Menu
Geri İrəli

Bakı 2015-in açılış mərasimi belə olacaq (VİDEO)

Müəllif: sumqayitxeber.com • Tarix: 9 İyun 2015 • Baxış sayı: 677 dəfə • Şərh yoxdur
Share Button

92685İyunun 12-də keçiriləcək Bakı 2015 Avropa Oyunlarının Açılış Mərasiminin hazırlıq prosesindən yeni görüntü yayımlanıb.

ANS PRESS-in məlumatına görə, Bakı Olimpiya Stadionu əyləncə və idmanın həyatda bir dəfə yaşanacaq nümayişi ilə parlaq şəhərin bütün mədəniyyət və tarixini sərgiləməyə hazırdır.

Bakı 2015-in möhtəşəm Açılış Mərasimində Azərbaycanın milli mədəniyyəti və Bakı şəhərinin müasir Avropadakı əhəmiyyətli yeri təntənəli surətdə qeyd olunacaq. Bədii rəhbəri Dimitris Papaioannounun olduğu mərasimdə 2 mindən çox səhnə iştirakçısı sehrli şou nümayiş etdirəcək.

Birinci Avropa Oyunlarının Açılış Mərasimi iyunun 12-də, yerli vaxtla axşam saat 9-da başlayacaq. Mərasim az.baku2015.com saytında və bütün dünyada canlı nümayiş olunacaq və bütün dünyada televiziyalar vasitəsilə mərasimin canlı nümayişinə baxa bilərsiniz.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın