Menu
Geri İrəli

Bakı-2017: Rəsul Çunayev yarımfinalda

Müəllif: sumqayitxeber.com • Tarix: 17 May 2017 • Baxış sayı: 416 dəfə • Şərh yoxdur

rasul_chunayev_160816_2Bu gün IV İslam Həmrəyliyi Oyunlarında yunan-Roma güləşi üzrə yarışlara start verilib.

Trend-in məlumatına görə, Azərbaycan güləşçisi Rəsul Çunayev (71 kq) mübarizəyə 1/4 finaldan qoşulub.

O, Əlcəzair güləşçisi Akrem Budjemlinlə qarşılaşıb. R.Çunayev rəqibini 8:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın