Menu
Geri İrəli

Bakı metrosunda kondisionerli qatarlar

Müəllif: sumqayitxeber.com • Tarix: 5 İyun 2015 • Baxış sayı: 432 dəfə • Şərh yoxdur

89f917d75157b46f3ae238a235e99512Yeni alınmış qatarların sınaqdan keçirilməsinə başlanılıb

Bakı Metropoliteni üçün yeni alınmış kondisionerli qatarlar xəttə buraxılıb. Lent.az-ın məlumatına görə, texniki innovasiyalar baxımından 4-cü nəslə mənsub olan qatarlar hazırda sınaqdan keçirilir. Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, sınaq müddəti başa çatandan sonra qatarların tam istismarına başlanılacaq.

Qeyd edək ki, bu qatarlarda mükəmməl havalandırma sistemi quraşdırılıb. Vaqonların salonunda “hərəkətli sətir” sistemi və təhlükəsizliyin təmin edilməsi üçün müşahidə kameraları qoyulub.

Bundan başqa, qatarlar kondisioner sistemləri ilə də təchiz olunub.

Yeni nəsil vaqonların tutumu 330 sərnişin təşkil edir. Köhnə vaqonlarda isə bu rəqəm 308 idi.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın