Menu
Geri İrəli

Bakı metrosunda qız özünü qatarın altına atmaq istədi

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Oktyabr 2016 • Baxış sayı: 350 dəfə • Şərh yoxdur
metroBakı Metropoliteninin “Gənclik” stansiyasında gənc qız özünü qatarın altına atmağa cəhd edib.
sumqayitxeber.com  sputnik.az-a istinadən bildirir ki, Bakı Metropoliteninin polis əməkdaşları intiharın qarşısını ala biliblər.
Bu barədə Bakı şəhər Baş Polis İdarəsindən məlumat veriblər. Araşdırma zamanı məlum olub ki, qız özünü qarşılıqsız sevgi səbəbindən öldürmək istəyib.
Qızın şəxsiyyəti müəyyənləşib – o, 1992-ci il təvəllüdlü Bakı sakini M. Güləmbərdir. Metropoliten polisi qızın atası ilə əlaqə saxlayıb və qızı ona təhvil verib.
“İşin materiallarını isə prokurorluğa göndərmişik. Bir ay əvvəl Bakı Metropolitenində oxşar hadisə baş vermişdi. Qız sevdiyi oğlan onu atdığına görə, özünü qatarın altına atmaq istəmişdi, amma polislər ona mane olmuşdular”, – deyə polisdən bildirilib.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın