Menu
Geri İrəli

Bakı Metrosunu su basdı

Müəllif: Sumqayitxeber.com • Tarix: 11 Avqust 2015 • Baxış sayı: 371 dəfə • Şərh yoxdur

metro23“Sahil” və “İçərişəhər” stansiyalarında hərəkət bərpa edildi – YENİLƏNİB

1 saat 20 dəqiqədən sonra.

“Sahil” və “İçərişəhər” metro stansiyalarında qatarların hərəkəti bərpa edilib.

Oxu.Az xəbər verir ki, bunu “APA-Economics”ə açıqlaması zamanı “Bakı metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.

“17:02-də baş vermiş problemlə bağlı gərginlik çıxarılıb, yəni qatarların hərəkəti dayandırılıb. 1 saat 20 dəqiqədən sonra isə hərəkət tam bərpa olunub”, -deyə N.Paşayev vurğulayıb.

18:07

Metropolitenin “Sahil” və “İçərişəhər” stansiyaları bağlanıb.

Bunu Oxu.Az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

Onun sözlərinə görə, stansiyaların bağlanmasına səbəb “Həzi Aslanov” – “İçərişəhər” xəttində yerləşən “Sahil” stansiyasının tunelində axma suların artımıdır.

““28 May” – “İçərişəhər” xətti istiqamətində qatarların hərəkəti dayandırılıb. “Həzi Aslanov”dan gələn qatarlar “Nizami” stansiyasında dalandan geri qaytarılır. Təhlükə yaşanmaması üçün təmas reyslərindən gərginlik ayrılıb. Stansiyalarda sərnişinlər qalmayıb”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın