Menu
Geri İrəli

Bakı-Sumqayıt qatarında təhlükəsizlik gücləndirildi

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Aprel 2016 • Baxış sayı: 151 dəfə • Şərh yoxdur

qatar4Sərnişin sıxlığını nəzərə alaraq “Azərbaycan Dəmiryolları” Qapalı Səhmdar Cəmiyyəti gücləndirilmiş iş rejiminə keçib.

Bu barədə azvision.az-a məlumata verən qurumun mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib ki, qatar hərəkətdə olanda və stansiyalarda qatarların hərəkətinə güclü nəzarət olunur:

“Bundan əlavə, yol boyu mühafizə dəstəsi var ki, onlar da müəyyən yerlərdə postlar qurularaq qatarın hərəkətini müşahidə edirlər. Qatar daxilində isə müşahidə kameraları var. Qatara minənlərin-düşənlərin hamısını qeydə alır. Təhlükəsizlik baxımından bəzi məqamları açıqlamırıq. Həmin kameralar vasitəsilə müşahidə aparılır”.

Hazırda körpülərdə, stansiyalarda mühafizənin gücləndirilidiyini deyən Nadir Əzməmmədovun sözlərinə görə, qatara nəzarət edən hüquq-mühafizə orqanlarına xüsusi yoxlayıcı aparatların verilməsinə də baxıla bilər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın