Menu
Geri İrəli

Bakı-Sumqayıt qatarlarında yeni hərəkət – Cədvəli / Qiymətləri

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Noyabr 2016 • Baxış sayı: 1,410 dəfə • Şərh yoxdur

qatar2Azərbaycan polad magistralı özünün yeni inkişaf mərhələsindədir.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Trend-ə verdiyi məlumata görə, dəmir yolunda infrastrukturun yeniləşdirilməsi, xidmətin səviyyəsinin daha da yüksəldilməsi istiqamətində bütün qüvvələr səfərbər olunub. Bakı-Sumqayıt-Bakı marşrutu boyu infrastrukturun yeniləşdirilməsi görülən işlərin əsas tərkib hissələrindən biridir.

Noyabrın 19-dan etibarən Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarına Biləcəri və Xırdalan stansiyalarında dayanacaq verilir.

Hər iki stansiyada bununla bağlı hazırlıq işləri başa çatıb.

Biləcəri stansiyasında tək istiqamətdə (Sumqayıta gedən istiqamətdə) 250 metr uzunluğunda platforma, 7 ədəd oturacaq, 12 ədəd turniket, cüt istiqamətdə (Sumqayıtdan gələn istiqamətdə) isə 140 metr uzunluğunda platforma, 1 ədəd turniket, 4 ədəd oturacaq quraşdırılıb.

Xırdalan stansiyasiyasında isə 450 metr uzunluğunda platforma, 2 ədəd turniket, 10 ədəd ikitərəfli oturacaq tikilib.

19 noyabr 2016-cı ildən

Qatar

№-si

Bakıdan getmə

vaxtı

İ s t i q a m ə t Sumqayıt-sərn.

çatma vaxtı

Qatar

№-si

Sumqayıt-sərn.

getmə vaxtı

İstiq amət Bakıya

çatma vaxtı

6001 7-40 Bakı- Sumqayıt-sərn. 8-20 6002 6-50 Sumqayıt-sərn. – Bakı 7-32
6003 8-15 Bakı- Sumqayıt-sərn. 8-55 6004 7-20 Sumqayıt-sərn. – Bakı 8-02
6005 8-50 Bakı- Sumqayıt-sərn. 9-30 6006 7-45 Sumqayıt-sərn. – Bakı 8-27
6007 16-00 Bakı- Sumqayıt-sərn. 16-40 6008 8-00 Sumqayıt-sərn. – Bakı 8-42
6009 17-20 Bakı- Sumqayıt-sərn. 18-00 6010 8-30 Sumqayıt-sərn. – Bakı 9-12
6011 18-00 Bakı- Sumqayıt-sərn. 18-40 6012 9-10 Sumqayıt-sərn. – Bakı 9-52
6013 18-30 Bakı- Sumqayıt-sərn. 19-10 6014 9-50 Sumqayıt-sərn. – Bakı 10-32
6015 19-00 Bakı- Sumqayıt-sərn. 19-40 6016 17-00 Sumqayıt-sərn. – Bakı 17-42
6017 19-45 Bakı- Sumqayıt-sərn. 20-25 6018 18-10 Sumqayıt-sərn. – Bakı 18-52
6019 20-45 Bakı- Sumqayıt-sərn. 21-25 6020 18-50 Sumqayıt-sərn. – Bakı 19-32

Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarında gediş haqqı tarifləri

İstiqamət Tarif (manatla)
ekonom biznes
Bakı-Sumqayıt (Sumqayıt-Bakı) 0.80 1.20
Bakı-Biləcəri (Biləcəri-Bakı) 0.30 0.80
Bakı-Xırdalan (Xırdalan-Bakı) 0.40 1.0
Biləcəri-Xırdalan (Xırdalan-Biləcəri) 0.20 0.40
Biləcəri-Sumqayıt (Sumqayıt-Biləcəri) 0.60 1.0
Xırdalan-Sumqayıt (Sumqayıt-Xırdalan) 0.40 0.80
Facebook Şərhləndirmə:

Şərhinizi yazın