Menu
Geri İrəli

Bakı-Sumqayıt yolunda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanların adları açıqlanıb

Müəllif: sumqayitxeber.com • Tarix: 6 İyun 2017 • Baxış sayı: 1,434 dəfə • Şərh yoxdur

bakida-qeza-05062017Bu gün Bakı-Sumqayıt yolunda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanların hamısı Kliniki Tibbi Mərkəzə gətirilib. Mərkəzdən APA-ya verilən xəbərə görə, hadisə nəticəsində 4 nəfər – Niftəliyev Vüsal (1983-cü il), Əzizov Vüqar (1985-ci il), Verdiyev Tacəddin (1986-cı il), Pənahov Ruslan (1981-ci il) xəsarət alıb.

Onlardan 1-i ambulator, 3-ü isə stasionar şəraitdə müalicəsini davam etdirir. Bildirilib ki, neyrotravma və travma şöbəsində müalicə olunan şəxslərdən 2-nin başında, 1-nin isə budunda sınıq var.

Qeyd edək ki, bu gün Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib. ”Tofaş” markalı, 10-CD-426 dövlət nömrə nişanlı və “Toyota-Avalon” markalı, 50-DS-002 markalı avtomobillərin toqquşması nəticəsində avtomobillərə ciddi ziyan dəyib. “Tofaş” markalı avtomobildə olan 4 sərnişin xəsarət alıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın