Menu
Geri İrəli

Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb

Müəllif: sumqayitxeber.com • Tarix: 12 İyun 2015 • Baxış sayı: 528 dəfə • Şərh yoxdur

tixac dBakı-Sumqayıt yolunda böyük tıxac yaranıb.

AzVison.az-ın xəbərinə görə, buna səbəb Sumqayıt və Saray qəsəbəsindən paytaxta bəzi maşınların buraxılmamasıdır.

Belə ki, I Avropa Oyunlarının açılışı ilə əlaqədar Sumqayıt və Saray qəsəbəsinin çıxışında postlar qurulub və avtomobillər yoxlamadan keçdikdən sonra bir-bir buraxılır.

Hadisə şahidlərinin bildirdiyinə görə, dövlət qeydiyyat nişanından asılı olmayaraq bütün şəxsi avtomobillərin paytaxta girişinə qadağa qoyulub.

Hazırda vətəndaşlar yalnız avtobuslar vasitəsi ilə Bakıya gələ bilirlər.

***

İyunun 12-də Bakıda I Avropa Oyunlarının açılışı ilə əlaqədar bəzi yollarda nəqliyyatın hərəkəti tam məhdudlaşdırılır.

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin məlumatına görə, sözügedən küçə və prospektlər bunlardır:

• Heydər Əliyev prospekti, Babək qovşağından Sabunçu qovşağınadək

• Mehdi Hüseyn küçəsi, Parlament prospekti dairəsindən Teymur Elçin küçəsilə kəsişməyədək.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın