Menu
Geri İrəli

Bakı-Sumqayıt yolunda qəza: yaralı var

Müəllif: sumqayitxeber.com • Tarix: 3 İyul 2017 • Baxış sayı: 3,317 dəfə • Şərh yoxdur

 QEZA3Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonu, Bakı-Sumqayıt magistral avtomobil yolunun 9-cu kilometrliyində vətəndaşa məxsus “Toyota” markalı minik avtomobilinin idarəetməni itirərək yolun kənarında dayanmış “KAMAZ” markalı yük avtomobilinə çırpılması nəticəsində yol-qəza hadisəsi baş verməsi barədə məlumat daxil olub.

Lent.az-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xİdmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq sıxılmış vəziyyətdə qalmış sürücünü minik avtomobilindən çıxarıb və aidiyyəti üzrə təhvil verib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın