Menu
Geri İrəli

Bakı-Sumqayıt yolunda tıxac yaranıb

Müəllif: sumqayitxeber.com • Tarix: 2 İyun 2015 • Baxış sayı: 539 dəfə • Şərh yoxdur

tixac dİyulun 2-də Bakı-Sumqayıt yolunda tıxac yaranıb. Tıxacda qalan sürücülər və sərnişinlər AzadlıqRadiosuna bildiriblər ki, maşınların sürəti saatda 10-20 km-dir.

Yol polisi rayon qeydiyyatlı maşınları yoxlaması tıxaca səbəb olub, – bunu sürücülər deyir.

Dünən axşamdan Bakı-Ələt yolunda da yaranmış tıxac saatlarla çəkib.

İyunun 1-dən Bakıya rayon qeydiyyatı olan avtomobillər buraxılmır.

Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, paytaxtda yalnız 10, 90 seriyasından olan avtomobillərin hərəkətinə icazə veriləcək. 99 seriyalı avtomobillər isə həm Bakı, həm də rayon qeydiyyatındadır və bu zaman yalnız paytaxt qeydiyyatında olan nəqliyyat vasitələri Bakıda hərəkət edə biləcək.

Paytaxta gələn rayon qeydiyyatlı avtomobillər üçün isə şəhərin girişlərində pulsuz dayanacaqlar ayrılıb.

Mayın 29-dan isə Bakının bəzi küçə və prospektləri sarı xətlə zolaqlanıb və ora giriş yalnız buraxılış icazəsi olanlar üçündür.

Yol polisi rəhbərliyi bütün bu məhdudiyyətlərin iyunun 12-də başlayacaq Birinci Avropa Oyunlarına görə tətbiq edildiyini və iyulun 1-nə qədər davam edəcəyini bildirib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın