Menu
Geri İrəli

Bakı-Sumqayıt yolundan istifadə edənlərə ŞAD XƏBƏR

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Noyabr 2017 • Baxış sayı: 2,282 dəfə • Şərh yoxdur
Share Button

sumBakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Ceyranbatan qəsəbəsindən keçən hissəsində avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz şəkildə geri dönməsini təmin etmək məqsədi ilə yeni geri dönmə hissə yaradılıb.
“Azəravtoyol”ASC-dən Publika.az-a verilən məlumata görə, geridönmə hissə Ceyranbatan qəsəbəsidən çıxan və Sumqayıt şəhəri, həmçinin şimal istiqamətində gedən sürücülərin rahatlığı üçün yaradılıb.
Yeni geridönmə hissənin eni 30 metr, uzunluğu isə 70 metrdir. Sözügedən hissədə zəruri yol nişanları qoyulub, yolun xətlənməsi işləri aparılıb. Geridönmə hissədə 375 kv.m təhlükəsizlik adacağı qurulub.
Yeni geridönmə səbəbindən yolun həmin ərazisində hər bir istiamət üzrə genişləndirmə işləri aparılıb. Müvafiq olaraq 200 və 500 metr uzunluğunda, 4.5 metr enində yol genişləndirilib.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın