Menu
Geri İrəli

Bakı-Sumqayıt yolunun təmirə bağlanan hissəsində hərəkət bərpa olunub

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Aprel 2017 • Baxış sayı: 483 dəfə • Şərh yoxdur

yol-1Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Ceyranbatan qəsəbəsindən keçən hissəsində təmir-bərpa işləri aparılaraq yekunlaşdırılıb.

“Azəravtoyol” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, təmir-bərpa işləri Ceyranbatan qəsəbəsindən Bakı şəhəri istiqamətində təqribən 1 km-lik hissədə aparılıb. Sözügedən hissə artıq sürücülərin istifadəsinə verilib.

Təmir-tikinti işləri zamanı yolun hərəkət hissəsinin deformasiyaya uğramış və dağılmış hissələri və yol əsasının yararsız qruntu qazılaraq çıxarılıb. Daha sonra yol yatağı xüsusi material tökülərək yenidən kipləşdirilib, qırmadaş layı döşənərək yeni yol əsasının tikintisi işləri aparılıb.

Bundan başqa, səth və qrunt suların yoldan kənarlaşdırılması üçün təmir-bərpa işlərinin aparıldığı ərazidə yeni drenaj sistem də inşa edilib. Bu işlər yekunlaşdıqdan sonra yola xüsusi beton döşəyən texnika ilə 28 sm qalınlığında monolit-beton tökülüb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın