Menu
Geri İrəli

Bakı Ticarət Festivalına start verildi – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Aprel 2017 • Baxış sayı: 409 dəfə • Şərh yoxdur
Share Button

a1d3a417d21eb108ccb1d267a74f709dGözlənilən ilk Bakı Ticarət Festivalına (Şopinq Festival) start verildi.

Musavat.com xəbər verir ki, bununla bağlı hazırda İşərişəhərdə şou-proqram keçirilir. DJ İlham Əmirovun müşayiəti ilə başlanan şou-proqramda “Natiq” ritm qrupu, “Qaya” ansamblı, Murad Arif, Cəbrayıl Rəsulov, Günay İbrahimli, Sabir Əhmədov, Azad Şabanov, Emiliya Yaqubova, Nurlan Növrəsli, Nura Suri və digər tanınmış müğənnilər iştirak edir.

Qeyd edək ki, festival zamanı ilk dəfə olaraq Azərbaycan vətəndaşlarının da alış-verişinə “tax free” sistemi tətbiq edilir.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Şıxəmmədov festival haqda mətbuat nümayəndələrinə açıqlama verib: “Artıq bir müddət idi ki, 10 aprel-10 may tarixlərində keçiriləcək festival haqda məlumat verilmişdi. Bu festival çərçivəsində bir necə mədəniyyət tədbirləri nəzərdə tutulub. Həmin tədbirlərdən biri bugünkü İçərişəhərdə, Qala Qapısı yaxınlığında keçirilən bu cür möhtəşəm sərgi-yarmarkası və konsert proqramıdır. Qeyd edim ki, bu gün axşam saat 19:00-da Heydər Əliyev Sarayında “Bakı Şopinq festivalı”nın rəsmi açılış mərasimi keçiriləcək. Bu tədbirdə də Azərbaycan Dövlət Rəqs Ansamblının “Koroğlu” adlı konsert proqramı nümayiş olunacaq. Bu festival barəsində ictimaiyyətə kifayət qədər məlumat verilib”.

Nazirlik rəsmisi qeyd etdi ki, bu gün festivalda olan mağazaların ilk siyahısı artıq ictimaiyyətə çatdırılıb: “Artıq 110 mağaza festivala qoşulub. Bundan əlavə 50-yə yaxın otel və restoran şəbəkəsi də festivalda iştirak edəcək. Alış-veriş həvəskarlarına bildirmək istəyirik ki, bu siyahı hər gün yenilənəcək və ictimaiyyətə bu barədə geniş məlumat veriləcək. Hər kəsi Bakıda keçirilən bu ilk festivala dəvət edirik. Xarici vətəndaşlar da bu sistemdən istifadə edə biləcək. Məlumatımıza görə, səhər saatlarından başlayaraq artıq bir neçə insan bu imkanlardan yararlanıb”.

Nazirlik rəsmisi həmçinin qeyd etdi ki, Vergilər Nazirliyi ilə birlikdə 7 alış-veriş mərkəzində xüsusi köşklər quraşdırılıb və əməkdaşlar tərəfindən xidmət aparılır: “Alıcılar aldıqları məhsulla bağlı qəbzi köşklərə təqdim edir və həmin alış-veriş mərkəzindən əlavə vergi dəyərini alırlar”.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin Kollegiyası “Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycanın ərazisində alınan istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş Əlavə Dəyər Vergisinin qaytarılması sistemi çərçivəsində istifadə edilən stikerin forması və tətbiqi qaydası”nı təsdiq edib. Bu qayda aprelin 8-də qüvvəyə minib.

Qaydaya əsasən, vergi ödəyicisi ƏDV-nin qaytarılması sistemi çərçivəsində satıcı qismində qeydiyyata alınaraq ticarət festivalının təşkilatçısı ilə xidmət müqaviləsi bağladıqdan sonra 10 iş günü müddətində stikerlə təchiz edilir. Satıcı ƏəDV-nin qaytarılması şərti ilə satış həyata keçirdiyi təsərrüfat subyektinin (obyektinin) sayından, ölçüsündən və yerləşməsindən asılı olaraq stikerlə təchiz edilir. Stiker satıcıya təhvil verildikdə bu, müvafiq aktla rəsmiləşdirilir. Bu sənəddə aktın tərtib edildiyi yer, tarix, tərəflərin rekvizitləri, təqdim edilən stikerlərin sayı əks olunur, ticarət festivalının təşkilatçısının nümayəndəsi və satıcının, satıcı olmadıqda onun səlahiyyətli nümayəndəsinin imzası ilə təsdiq edilir. Zədələnən stiker ticarət festivalının təşkilatçısına təhvil verilməlidir.

Ticarət festivalının təşkilatçısı vergi orqanını və müvəkkil bankı bu qaydanın tələbinə uyğun olaraq stikerlə təchiz edir. Satıcı aktın təsdiqləndiyi gün stikeri satışın həyata keçirildiyi təsərrüfat subyektinə (obyektinə) daxil olmadan görünə bilməsi məqsədilə pəncərədən və ya qapıdan asmalı (yapışdırmalı) və ya təsərrüfat subyektinin (obyektinin) giriş hissəsində aydın şəkildə görünə bilən yerdə yerləşdirir. Stiker həmçinin alıcı tərəfindən ödənişin həyata keçirildiyi yerdə (kassada) alıcının görə biləcəyi yerdə də yerləşdirilir. Stiker zədələndikdə, oğurlandıqda və ya itirildikdə bu barədə dərhal ticarət festivalının təşkilatçısına məlumat verilməlidir. Satıcının ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirmək məqsədi ilə qeydiyyatına xitam verildikdə satıcı tərəfindən stiker yerləşdirildiyi (yapışdırıldığı) yerdən çıxarılır və ticarət festivalının təşkilatçısına təhvil verilir.

ƏDV qaytarılması sisteminə qoşulan obyektlərin üzərində xüsusi “Baku Shopping Festival – Tax Free” stikeri yerləşdirilir. Yalnız həmin nişan olan obyektlərdən mal alan Azərbaycan vətəndaşlarına ƏDV qaytarılacaq. ƏDV-ni 5 bankın – “Kapital Bank”, “PAŞA Bank”, “YapiKredi Bank Azerbaijan”, “Bank Silkway” və “Azərbaycan Sənaye Bankı”nın filiallarından geri almaq mümkün olacaq.

Xatırladaq ki, bu gündən başlayan festival mayın 10-dək davam edəcək. Bu ilin oktybar ayında da bu cür festivalın keçirilməsi nəzərdə tutulub.

Xalidə Gəray,
Musavat.com,
Fotolar müəllifindir. 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın