Menu
Geri İrəli

Bakıda 27 yaşlı oğlanın DƏHŞƏTLİ SONU – BACISININ YANINDA…

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Noyabr 2017 • Baxış sayı: 794 dəfə • Şərh yoxdur
Share Button

tecili yardim-021Bu gün Bakı şəhərinin Suraxanı rayonunda meyiti tapılan 27 yaşlı oğlanın intihar etdiyi məlum olub. Lent.az xəbər verir ki, Binə qəsəbəsində yaşayan 1990-cı il təvəllüdlü Həsənov Orxan İsmayıl oğlu otağın qapısını arxadan bağladıqdan sonra kəndirlə özünü asıb. Bu zaman evdə onun bacısı olub və qardaşının otaqdan çıxmadığını gördükdə onu çağırıb. Qapını aça bilməyən qız həyəcan içində xilasedicilərə zəng edib. Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları qapını açanda isə dəhşətli mənzərə ortaya çıxıb.

Orxan Həsənovun hansı səbəbdən həyatına son qoyduğu məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

*****

16:25

Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə müraciət daxil olub. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1990-cı il təvəllüdlü Həsənov Orxan İsmayıl oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın