Menu
Geri İrəli

Bakıda 4 nəfər maşının altında qalıb öldü

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Oktyabr 2017 • Baxış sayı: 335 dəfə • Şərh yoxdur
Share Button

2017-02-15-20-47-48qeza saatliBakıda ölümlə nəticələnən 4 yol qəzası baş verib. Lent.az xəbər verir ki, Binəqədi qəsəbəsində “Lada” markalı avtomobil 77 yaşlı qadını vurub öldürüb. Yasamal rayonunun Şərifzadə küçəsində isə “Honda” markalı avtomobil 42 yaşlı piyada qadının həyatına son qoyub.

Daha bir oxşar hadisə isə Qaradağ rayonunda baş verib. Burada “Mercedes” markalı avtomobil 58 yaşlı kişini vurub öldürüb.

Digər piyada ölümü isə şənbə günü qeydə alınıb. Suraxanı rayonu Qum adasında “Daewoo” markalı avtobus 50 yaşlı qadını vurub. Həmin qadının da həyatını xilas etmək mümkün olmayıb.

Bütün faktlarla bağlı araşdırma aparılır.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın