Menu
Geri İrəli

Bakıda ayı peyda olub – FHN ərazidədir

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Aprel 2016 • Baxış sayı: 537 dəfə • Şərh yoxdur

ayi2Zığ qəsəbəsi, Hövsan yolunun üstündə yerləşən “BakuBus”ın avtomobil parkı yaxınlığında ayı peyda olub.

Qafqazinfo”nun ans press-ə istinadən məlumatına görə, ayının həmin ərazidə peyda olması oradan keçən vətəndaşların təəccüb və təşvişinə səbəb olub.

Ayının haradan gəlməsi məlum deyil. Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinə məlumat verilib. Şahidlərdən birinin sözlərinə görə, ayıya yaxın durmaq olmur.

“Hamımız gözləyirik ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları gəlsin, ayıya iynə vursunlar və ya başqa hansısa yolla onu ərazidən uzaqlaşdırsınlar. Nə piyadalar, nə də maşınlar həmin istiqamətdə hərəkət edə bilmirlər. Ayının birdən peyda olması, hamını qorxudub”, – deyə hazırda hadisə yerində olanlardan biri bildirdi.

“BakuBus” və Fövqəladə Hallar Nazirliyindən məlumatı təsdiqləyiblər. Onun bala ayı olduğunu qeyd ediblər. FHN-dən bildiriblər ki, əməkdaşları hazırda hadisə yerindədirlər. Ayını zərərsizləşdirmək üçün işlər aparırlar.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın