Menu
Geri İrəli

Bakıda bu gün məşəl hansı yollarla daşınacaq? (ÜNVANLAR)

Müəllif: sumqayitxeber.com • Tarix: 8 İyun 2015 • Baxış sayı: 385 dəfə • Şərh yoxdur

tixac-1Bu gün Avropa Oyunları məşəli Bakıda müəyyən ərazilərlə daşınacaq. Baş Dövlət Yol Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, məşəlin daşınması ilə əlaqədar yollarda sıxlığın yaranmaması üçün yol polisi lazımı tədbirlər görəcək.

Belə ki, məşəl Su İdman Mərkəzi istiqamətində, 20-ci sahə ətrafında yollarla daşınacaq. Eləcə də, Heydər Əliyev adına İdman Kompleksində keçiriləcək tədbirlə əlaqədar məşəl Cəllil Məmmədquluzadə küçəsilə Tbilisi prospekti və Hənifə Ələsgərov keçələrindən keçəcək.

Eləcə də, Milli Gimnastika Arenasında tədbir keçiriləcək. Bununla əlaqədar Heydər Əliyev prospektinin “Koroğlu” metrosu yaxınlığından keçən ərazisində avtomobillərin hərəkətində sıxlıq yaranmasın deyə müəyyən tədbilər görüləcək. Bundan başqa, Tofiq Bəhrəmov adına stadion ərazisində keçiriləcək tədbirlə bağlı, “Gənclik” metrosu yanında yol polisləri yolları tənzimləyəcək.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın