Menu
Geri İrəli

Bakıda DƏHŞƏT: Ana körpələrini öldürdü

Müəllif: sumqayitxeber.com • Tarix: 5 İyun 2015 • Baxış sayı: 704 dəfə • Şərh yoxdur
Share Button

768aff456d496d4fa3a5b8a24c37bb152 uşağını öldürən qadın daha sonra özünü bıçaqlayıb

Ötən gün axşam Bakının Sabunçu rayonunda görünməmiş vəhşilik baş verib. Lent.az-ın anspress-ə istinadən məlumatına görə, hadisə saat 20:30-da Albalılıq bağ massivində qeydə alınıb.

İkinci Albalılıq bağ massivi, 515-ci bağ evində yaşayan 1988-ci il təvəllüdlü Nəsibə Nəsib qızı Qurbanova evdə tək olarkən iki körpə balasını boğub öldürüb. Qadın daha sonra öz ürəyinə bıçaqla zərbə yetirib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə barədə məlumat tutan kimi ora gediblər. Qadın qan içində xəstəxanaya yerləşdirilib. Məlum olub ki, o, 2012-ci il təvəllüdlü Ayan Asif qızı Məlikzadəni və 10 aylıq körpəsi Ayşəni boğaraq öldürüb. Daha sonra məktub yazaraq intihara cəhd edib.

Qadın məktubunda həyatından bezdiyini yazıb: “Mən həyatdan bezmişəm. Belə yaşamaq istəmirəm. Mən şeytanın yolu ilə gedirəm. Uşaqları da özümdən sonra heç kimə əmanət etmirəm”.

Hazırda qadınının vəziyyəti ağırdır. Nəsibə Qurbanovanın əri Asif isə hadisədən şoka düşüb. Asif işi ilə əlaqədar olaraq həftənin müəyyən günləri evdə olmurmuş. Bu səbəbdən də, arvadı onu qısqanırmış. Hər dəfə də ona zəng vururmuş. Asif Məlikzadə bundan başqa ailələrində heç bir problem olmadığını bildirib.

Qeyd edək ki, Nəsibə Qurbanovanın əsəb xəstəsi olduğu ehtimal edilir.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın