Menu
Geri İrəli

Bakıda dəhşət: Avtobus “Kamaz”la toqquşdu, ölən və yaralılar var – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 7 İyun 2015 • Baxış sayı: 660 dəfə • Şərh yoxdur

70066aBakıda dəhşətli yol nəqliyyat hadisəsi baş verib. Hadisə şahidi İlkin Həsənlinin anspress-ə verdiyi məlumata görə, təxminən yarım saat əvvəl Sabunçu-Zabrat yolunda “KamAZ” və sərnişin avtobusu toqquşub. Qəza nəticəsində ölən və yaralananlar var. Şahidin sözlərinə görə, bir neçə Təcili Tibbi Yardım maşını və Fövqəladə Hallar Nazirliyinin işçiləri hadisə yerindədirlər.  Ölən və yaralananların sayı, qəzanın baş vermə səbəbi haqqında hələlik heç bir məlumat yoxdur.

***

Bakıda sərnişin avtobusu ağır qəzaya düşüb. Lent.az-ın məlumatına görə, Aeroport şosesinin Suraxanı rayonu Ramanı qəsəbəsindən keçən hissəsində ərazisində 214 saylı xətt üzrə hərəkət edən “Daewoo” markalı marşrut avtobusu ilə “Shacman” markalı yük avtomobili toqquşub. İlkin məlumata əsasən 2 nəfər hadisə yerində ölüb, bir neçə nəfər xəsarət alıb. Yük avtomobilinin kabinasında sıxılmış vəziyyətdə qalan sürücüsü xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırmalar aparılır. Ölən və yaralananların kimliyi araşdırılır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın