Menu
Geri İrəli

Bakıda dəhşəti qəza: bir ailədə 3 cənazə

Müəllif: sumqayitxeber.com • Tarix: 30 İyun 2015 • Baxış sayı: 380 dəfə • Şərh yoxdur

94359Ötən gün Bakı-Şamaxı yolunda ağır qəza baş verib. Baş Dövlət Yol Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, qəza yolun 41-ci kilometrliyində qeydə alınıb.

Yolun Biləcəri istiqamətində keçən hissəsində 1963-cü il təvəllüdlü Əliəhməd Məhəmməd oğlu Mustafayevin idarə etdiyi 99 GO 932 nömrə nişanlı “NİVA” markalı avtomobillə 1984-cü il təvəllüdlü Anar Nəriman oğlu Aydınovun idarə etdiyi “NİVA” markalı 36 AA 022 nömrə nişanlı avtomobil toqquşub.

Qəza nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb. Hadisə zamanı Anar Aydınov və onun sərnişinləri 1943-cü il təvəllüdlü Gülümxanım Musa qızı Aydınov, 1979-cu il təvəllüdlü Pərvanə Kamran qızı Aydınova ölüb. Avtomobildə olan digər sərnişin, sürücünü övladı, 2011-ci il təvəllüdlü Elgün Anar oğlu Aydınov və digər avtomobilin sürücüsü də ağır yaralanıb.

Qeyd edək ki, qəza saat 17 radələrində baş verib. İlkin ehtimala görə, havanın isti olması sürücülərin idarəetmə qabiliyyətini aşağı salıb və qəza baş verib.

Faktla bağlı araşdırma aparılır.

Respublika Baş Dövlət Yol Polisi İdarəsi havaların isti keçməsilə əlaqədar sürücülərə müraciət edib. İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev ANS PRESS-ə açıqlamasında bildirdi ki, sürücülərdən soyuducu sistemi olmayan avtomobillərdən günün isti vaxtlarında mümkün qədər istifadə etməmək tövsiyə olunur. İdarə rəsmisinin sözlərinə görə, yayda qeydə alınan yol qəzalarının əksəriyyəti günorta saatlarında baş verib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın