Menu
Geri İrəli

Bakıda dəhşətli zəncirvari qəza: ölənlər və yaralananlar var

Müəllif: sumqayitxeber.com • Tarix: 26 May 2017 • Baxış sayı: 1,902 dəfə • Şərh yoxdur
Share Button

hadiseBakıda dəhşətli yol qəzası baş verib. Lent.az xəbər verir ki, Qaradağ rayonu ərazisində – Lökbatan dairəsindəı “VAZ 2107” markalı, 10 SR 797 dövlət qeydiyyat nişanlı minik avtomobili, “MAZ” markalı, B095 XQ dövlət nömrə nişanlı mikroavtobus və “Mercedes” markalı, 99 XS 052 nömrəli minik maşını toqquşub. Nəticədə “VAZ 2107”də olan 1981-ci il təvəllüdlü Paşayev Rüfət İdris oğlu və 1989-cu ildə anadan olmuş Məmmədov Mikayıl Şıxəli oğlu vəfat edib. 1989-cu il təvəllüdlü Məhmədov Cəlal Cəfərağa oğlu və 1987-ci ildə anadan olmuş Musayev Elçin Adil oğlu isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Yaralıları maşından FHN-in xilasediciləri çıxarıb. Qəzaya düşən avtomobillərdən biri Hərbi Dəniz Qüvvələrinə məxsus olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın