Menu
Geri İrəli

Bakıda gecə reydində gərgin anlar: “Get işinlə məşğul ol”

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Noyabr 2017 • Baxış sayı: 192 dəfə • Şərh yoxdur
Share Button

1510637154_surucuBakının Sabunçu rayonu ərazisində Yol Patrul Xidmətinin (YPX) əməkdaşları tərəfindən növbəti reyd aparılıb.

sumqayitxeber.com-un ”Report”a istinadən verdiyi məlumata görə, reyd aparılan zaman sürücülərdən biri polisin “saxla!” əmrinə tabe olmayıb.

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin 10-cu taqımının əməkdaşları Bakıxanov qəsəbəsində “10-XP-469″ dövlət qeydiyyat nişanlı “QAZ-33023″ markalı yük avtomobilinin sürücüsünə maşını şübhəli idarə etdiyi üçün “saxla!” əmri verib. Əmrə tabe olmayan sürücü polis əməkdaşlarından uzaqlaşmağa çalışıb. O, YPX əməkdaşları tərəfindən yaradılan süni tıxac sayəsində saxlanılıb.

1988-ci il təvəllüdlü sürücü Maksumov Aydın Nadir oğlu avtomobili sərxoş halda idarə etdiyinə görə, Respublika Narkoloji Mərkəzinin alkoqol sərxoşluğunu təyinetmə məntəqəsinə dəvət edilib. Lakin o, məntəqədə həkim müayinəsindən imtina edib. Sürücü sərxoş halda avtomobil idarə etdiyinə görə inzibati məsuliyyətə cəlb olunub.

A.Maksumov həmçinin “Report”un çəkiliş qrupuna hədə-qorxu gəlib.

Avtomobil cərimə meydançasına yerləşdirilib.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın