Menu
Geri İrəli

Bakıda güclü yağış yağacaq – XƏBƏRDARLIQ

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Noyabr 2017 • Baxış sayı: 780 dəfə • Şərh yoxdur
Share Button

yaqishNoyabrın 8-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şimal küləyi arabir güclənəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu gecə 9-13°, gündüz  15-17°, Bakıda gecə  10-12°, gündüz  15-17° isti olacaq.

  Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10°, gündüz 15-19°, dağlarda gecə 0-5°, gündüz  5-10° isti olacağı gözlənilir.
Noyabrın 8-i axşam, 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu 3-5° aşağı enəcək.
Tibbi-meteoroloji proqnoza əsasən, noyabrın 8-i axşam və 9-da Abşeron yarımadasında yağışlı hava şəraiti, arabir güclənən xəzri küləyi və havanın temperaturunun bir qədər enməsi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.
Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın