Menu
Geri İrəli

Bakıda hamilə qadına əzab verən kişi həbs edild

Müəllif: sumqayitxeber.com • Tarix: 27 İyul 2015 • Baxış sayı: 331 dəfə • Şərh yoxdur

652c7f2b132abdd23731cbec16f7da2eCinayət işi digər maddəyə tövsif edilib

Bakı şəhər Baş Polis idarəsi və Bakı şəhər Prokurorluğu paytaxtda qadının həyat yoldaşı tərəfindən işgəncəyə məruz qalması olayı ilə bağlı məlumat yayıb.

Prokurorluqdan Lent.az-a daxil olan informasiyada bildirilir ki, Sabunçu rayonu, Zabrat qəsəbə sakini Aliyə Mansurovanın həmin ünvanda qeyri-rəsmi birgə yaşadığı Rüfət Mehdiyev tərəfindən döyülərək bədən xəsarətləri alması, eləcə də ütü vasitəsi ilə əlini yandırması faktına görə Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə zəruri istintaq hərəkətləri yerinə yetirilməklə kifayət qədər əsaslar olduğundan cinayət əməli Cinayət Məcəlləsinin 133.2.2-ci (əzab vermə aşkar surətdə hamilə vəziyyətində olan qadın barəsində törədildikdə) maddəsinə tövsif edilib.
Rayon Polis İdarəsi və prokurorluğun əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Rüfət Mehtiyev tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın