Menu
Geri İrəli

Bakıda istirahət mərkəzində ölən fəhlələrin ADI BİLİNDİ – YENİLƏNİB

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Aprel 2017 • Baxış sayı: 397 dəfə • Şərh yoxdur
Share Button

Bakıda binada uçqun nəticəsində ölənlərin adları məlum olub.

792a34822ec12f9784357eec63938cdf

APA-nın əldə etdiyi məlumata görə, hadisə nəticəsində ölənlər 1983-cü Yolçuyev  Ramal Layiq oğlu və 1973-cü il təvəllüdlü İbrahimov Rövşən İsmayıl oğludur.

**

17:03

Bakıda istirahət mərkəzində baş verən uçqun nəticəsində yaralanan şəxslərin adları açıqlanıb.

Lent.az-ın məlumatına agörə, 3-cü yaralı Travmatologiya və Ortopediya Elmi-Tədqiqat İnstitutuna yerləşdirilib. Bu, 36 yaşlı Tofiq Hüseynovdur. Digər yaralılar kimi onun da ayağı sınıb.

***

Bu gün Bakının Səbail rayonunda baş vermiş uçqun hadisəsi ilə bağlı bəzi məqamlar aydınlaşıb.

Lent.az xəbər verir ki, Salyan yolu 32 ünvanında “Green City” istirahət mərkəzi ilə üzbəüz (yolun şəhərə gələn istiqaməti) tikilən yeni binanın ikinci mərtəbəsi uçub. Bunu FHN-nin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov deyib.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın