Menu
Geri İrəli

Bakıda “London taksiləri” rəngini dəyişir – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Mart 2017 • Baxış sayı: 572 dəfə • Şərh yoxdur
Share Button

trend_white_taxi_270317_3Bakıda fəaliyyət göstərən bənövşəyi “London taksiləri” tədricən yerini ağ rəngli, görüntüsündə müəyyən dəyişikliklər edilmiş eyni model taksilərə verir.

“Bakı Taksi” MMC-nin rəhbəri Ramal Ağayev Trend-ə deyib ki, şirkətin balansında olan taksilər tədricən ağ rəngdə boyanaraq istifadəyə verilir:

“Taksilərin ag rəngə boyanması “Bakı Ağ Şəhər” layihəsinə uyğun olaraq həyata keçirilir. Yeni rənglənmiş taksilər iki istiqamət üzrə fəaliyyət göstərəcək. Üzərində ağ şahmat damaları olan taksilər yalnız hotellərin qarşısında dayanaraq qonaqlara, sarı şahmat damaları olan taksilər isə şəhər sakinlərinə xidmət göstərəcək”.

R.Ağayev taksilərdə vahid tariflərin tətbiqi məsələsinə də toxunub: “Əlbəttə, vahid tarifin tətbiqi sağlam rəqabətə və xidmət keyfiyyətinin yüksəlməsinə səbəb olacaq. Bu gün bir çox taksilər xidmət keyfiyyətinin səviyyəsi aşağı olsa da, müxtəlif qiymətlər tətbiq etməklə müştəri cəlb etməyə çalışırlar, lakin vahid tarifin tətbiqindən sonra yalnız xidmət keyfiyyətinin yüksək olması ilə müştəri cəlb etmək mümkün olacaq. Bu baxımdan biz də əsasən xidmət keyfiyyətinin yüksəldilməsinə diqqət ayırırıq”.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın