Menu
Geri İrəli

Bakıda meyitlərin saxlanıldığı muzeydən – REPORTAJ

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Avqust 2017 • Baxış sayı: 555 dəfə • Şərh yoxdur
Share Button

82cb9c71-6438-4408-8f9a-bbceb9f3b5bbReport sahibsiz meyitlərin eksponat və təcrübə vəsaiti kimi istifadə olunduğu Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası kafedrasının 24 minə qədər eksponatın olduğu muzeylərindən reportaj hazırlayıb.

Hazırda kafedrada dörd muzey (Eybəcərliklər, Dayaq hərəkət aparatı, Daxili orqanlar, Sinir sistemləri muzeyləri) var.

Muzeydə hər birinin mindən çox yaşı olan mumiyalar saxlanılır.

Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası kafedrasının müdiri, əməkdar həkim Vaqif Şadlinski bildirib ki, meyitlərin üzərində iş bitdikdən sonra sobada yandırılır. Ümumiyyətlə, ölkə ərazisində meyitlərin yandırıldığı soba məhz bu binadadır. Yeri gəlmişkən, bir insanın külünün çəkisi 800-1000 qr arasında olur.

Əməkdar həkim kafedraya gətirilən meyitlərin iylərinin olmadığını da söylədi: “Buna səbəb meyitlərin yeni olmamasıdır. Meyitlərin çürüməmələri üçün damarlar formalinlə doldurulur. Meyitlərin növbəti semestrə qalması üçün çox dağılmamasına çalışırıq. Meyitin hissələri xüsusi məhlullarla illərlə saxlanıla bilir. Morqda sahibsiz meyitləri yaranda onların içalatı, beyinləri götürülərək muzeydə preparat kimi istifadə edilir”.

 

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın