Menu
Geri İrəli

Bakıda minik avtomobili evakuatorla toqquşdu -23 YAŞLI QIZ HƏLAK OLDU

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Sentyabr 2017 • Baxış sayı: 152 dəfə • Şərh yoxdur
Share Button

2017-02-15-20-47-48qeza saatliBakıda iki “Mercedes” markalı avtomobil toqquşub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda “Mercedes” markalı minik avtomobili və “Mercedes” markalı evakuator toqquşub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri minik avtomobilinin sərnişini, 1994-cü il təvəllüdlü Cəfərova Rumiyə Ramiz qızının cəsədini nəqliyyat vasitəsindən çıxarıblar. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın