Menu
Geri İrəli

Bakıda namus cinayəti: qardaşının arvadına görə adam öldürdü – TƏFƏRRÜAT

Müəllif: sumqayitxeber.com • Tarix: 18 İyul 2017 • Baxış sayı: 449 dəfə • Şərh yoxdur
Share Button

ae40fccef774aa094f813791c1b7ae5dBakıda törədilmiş qətlin təfərrüatları məlum olub. Lent.az-ın əldə etdiyi məlumata görə, Bülbülə qəsəbəsində yaşayan 1987-ci il təvəllüdlü Nurməmmədov Vasif Şirməmməd oğlunun 22 yaşlı Əbdülməmmədov Xalid Hacıməmməd oğlu tərəfindən qətlə yetirilməsi üzə çıxıb. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində X.Əbdülməmmədov tutulub.

Araşdırmalar nəticəsində məlum olub ki, qətlə yetirilən Vasif Nurməmmədov ailəli, 3 uşaq atasıdır. O, əslən Sabirabad rayonundandır.

Hadisəni törədən 22 yaşlı Xalid Əbdülməmmədov bildirib ki, qətli qısqanclıq zəminində törədib. Məlum olub ki, bir müddət əvvəl Vasif Sabirabadda toyda iştirak edəndən sonra Xalidin qardaşının həyat yoldaşının da olduğu avtomobillə Bakıya gəlib. Yolda Vasif Xalidin qardaşı arvadı ilə münasibət qurmağa, onunla söhbət etməyə, tanış olmağa çalışıb. Bu məsələ Xalidin qulağına çatan kimi o, Vasifi öldürmək qərarına gəlib və Bülbüləyə gələrək onun evini tapıb. Vasif qapının qarşısına çıxan kimi 22 yaşlı gənc onu bıçaqlayaraq qaçıb.

Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın