Menu
Geri İrəli

Bakıda qadını iş axtarmağına peşman etdilər – “Katibə müdirə yaxın olur…”

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Sentyabr 2017 • Baxış sayı: 318 dəfə • Şərh yoxdur
Share Button

elanİş elanı adı ilə xanımlara şəxsi sualların verilməsi, seksual hərəkətlərlə bağlı redaksiyamıza dəfələrlə müraciətlər daxil olub. “Qafqazinfo” xəbər verir ki, analoji hal bu gün iş axtaran daha bir xanımın başına gəlib. Belə ki, adının çəkilməsini istəməyən xanım bu haqda sosial şəbəkədə yazıb:

“Hazırkı iş elanlarına baxmaq üçün səhər müvafiq saytlardan birinə daxil oldum. Bir tədris mərkəzində uyğun vakansiya görüb əlaqə saxlamaq üçün qeyd olunan nömrəyə yazdım. Təkidlə “evlisiniz?” “evli olub boşanmısınız?” kimi sualları ünvanlamağından anladım ki, burada nəsə başqa bir şey var. Təbii ki, subay və ya evli olduğum barədə maraqlana bilərlər, amma hər iki cümlədən bir bu sualları verməyi məni özümdən çıxardı. Belə sualları nə səbəbə verməsiylə maraqlananda “katibə müdirə yaxın olur” cavabını verib.

Xanım həmin şəxsi polislə hədələyib.

Elanda müraciət edən şəxslərin vatsap vasitəsi ilə əlaqə saxlamaları və özləri haqqında ətraflı məlumat vermələri tələb olunur:

Tədris mərkəzinə müdir katibəsi tələb olunur. İş vaxtı: 11:00 – 17:00.

Maaş 300 azn.

Watsappa yazarkən yalnız ətraflı məlumat yazın özünüz haqqda.

Yaş: 22 – 45

Günel Hacı

 



 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın