Menu
Geri İrəli

Bakıda telekanal rəhbəri türkiyəli aparıcı ilə evləndi – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Sentyabr 2017 • Baxış sayı: 167 dəfə • Şərh yoxdur
Share Button

Aparıcı Özge Uzun boşandığı həyat yoldaşı, “CBC Sport” kanalının baş direktoru Volkan Üstlə ikinci dəfə nikah masasına oturub.

Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 10 il ailəli qalan Özge 2014-cü ildə Volkanla birinci məhkəmədə boşanmışdı.

3 il ayrı qaldıqdan sonra cütlük yenidən barışıb. Onların ikinci nikah mərasimi Bakıda baş tutub. Toydan fotolar sosial şəbəkədə paylaşılıb.

Volkan və Özge cütlüyünün iki övladı var.

Uzun “Volkan xaricdə yaşayır. Türkiyəyə gələndə görüşdük, danışıb, hər şeyi yoluna qoyduq. Yaşadığımız ayrılıq ikimiz üçün də yaxşı olub. Sonra gəlib, “Mənimlə birlikdə olarsan” dedi. Mən də razılaşdım” deyə, açıqlamasında bildirib.

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın