Menu
Geri İrəli

Bakıda valideynlər aksiya keçirir: Direktor geri qaytarılsın (VİDEO)

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Sentyabr 2017 • Baxış sayı: 302 dəfə • Şərh yoxdur
Share Button

Bakı Məktəb Lisey Kompleksinin (200 və 43 saylı məktəb) valideynləri aksiya keçirir.

BAKU.WS-in məlumatına görə, etiraz edən valideynlər işdən çıxarılan məktəb direktoru Qafar Hüseynovun geri qaytarılmasını tələb edirlər.

7b42840800f278ae962e60ea9b5839ceBuna etiraz olaraq valideynlər övladlarını da məktəbə göndərməyiblər.

Valideynlərin sözlərinə görə, direktoru hazırda Əfqan İsgəndərov adlı müəllim əvəzləyir. Aksiya hazırda davam edir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov isə Lent.az-a bildirib ki, dünən də İdarənin nümayəndələri etirazçılarla görüşüb söhbət aparıblar: “Onlara bildirildi ki, məktəbin rəhbərliyi hazırda fəaliyyətdədir, işdən çıxarılmayıb, sadəcə bülletendədir. Bu məsələ niyə belə şişirdilir və təşkil olunur, anlamıram. Əslində bu etirazların özü məktəbdə tədrisə mane olan prosesdir. Kimlərində dərsə mane olması özü düz deyil. Bu günkü və dünənki əməllə isə etirazçılar ancaq buna nail olmağa çalışırlar”.

B. Məmmədov qeyd edib ki, hazırda da BŞTİ-nin nümayəndələri məktəbdədirlər: “Məktəbdə tədris prosesi normal qaydada davam edir”.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın