Menu
Geri İrəli

Bakıda yağış kanalizasiya sistemini təkmilləşdirmək üçün işçi qrupu yaradıldı

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Noyabr 2016 • Baxış sayı: 264 dəfə • Şərh yoxdur

ilham aliyevPrezident İlham Əliyev Bakı şəhərində yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar işçi qrupunun yaradılması haqqında sərəncam imzalayıb.

sumqayitxeber.com AzərTac-a istinadən məlumatına görə, sərəncama əsasən, Bakı şəhərində yağış kanalizasiya sisteminin, şəhərin ekoloji və sanitar vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə aşağıdakı tərkibdə işçi qrupu yaradılıb:

İşçi qrupunun rəhbəri
Ramiz Mehdiyev – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri
İşçi qrupunun üzvləri:
Abid Şərifov – Azərbaycan Respublikası Baş nazirinin müavini;
Zeynal Nağdəliyev – Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri;
Hacıbala Abutalıbov – Bakı Şəhər İcra Hakimiyyətinin başçısı;
Kəmaləddin Heydərov – Azərbaycan Respublikasının fövqəladə hallar naziri;
Ramil Usubov – Azərbaycan Respublikasının daxili işlər naziri;
Abbas Ələsgərov – Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri;
Qorxmaz Hüseynov – “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri;
Əhməd Əhmədzadə – Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri;
Balababa Rzayev – “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri;
Saleh Məmmədov – “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri.

2. İşçi qrupuna tapşırılır:

2.1. Bakı şəhərinin yağış kanalizasiya xətlərinin vəziyyətini təhlil etsin və sosial-iqtisadi inkişaf perspektivlərini, əhalinin artım tempini nəzərə almaqla kanalizasiya sisteminin idarə olunmasına, etibarlılığının artırılmasına, ardıcıl və mərhələli rekonstruksiyasına, habelə bu sahədə ekoloji və sanitar təhlükələri və problemləri istisna edən digər zəruri tədbirlərin həyata keçirilməsinə dair təkliflərini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

2.2. Bakı şəhərində yağış, ərimiş qar sularının yığılması təhlükəsi olan şəhər avtomobil yollarını müəyyənləşdirməklə səth sularının kənarlaşdırılması üçün kompleks tədbirlərin görülməsinə dair təkliflərini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

2.3. Bakı şəhər və Bakı şəhəri rayonlarının İcra hakimiyyətləri tərəfindən şəhər ərazisində baş verə biləcək subasma və digər fövqəladə halların nəticələrinin aradan qaldırılmasında çevik idarəetmənin həyata keçirilməsinə, bu sahədə təsərrüfat xidmətlərinin fəaliyyətinin əlaqələndirilməsinə, habelə təxirəsalınmaz tədbirlərin görülməsi üçün müvafiq maddi-texniki bazanın yaradılmasına dair təkliflərini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın