Menu
Geri İrəli

Bakıda yağış, rayonlara qar yağacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Oktyabr 2016 • Baxış sayı: 285 dəfə • Şərh yoxdur

yagis yagarBakı və Abşeron yarımadasında oktyabrın 28-də səhər bəzi yerlərdə zəif duman olacağı, gün ərzində arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun yarımadada gecə 6-8° isti, gündüz 10-13° isti, Bakıda gecə 6-8° isti, gündüz 11-13° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək – 772 mm civə sütunu, nisbi rütubət 85-95 % təşkil edəcək. Azərbaycanın rayonlarında səhər bəzi yerlərdə duman, çiskin olacağı, gün ərzində arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var.

Şərq küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 1-6° isti, gündüz 8-13° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın