Menu
Geri İrəli

Bakıda yol polisi qızının ölüm xəbərini alan qadın sürücüyə yardım etdi – VİDEO

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Sentyabr 2017 • Baxış sayı: 423 dəfə • Şərh yoxdur
Share Button

DYPHadisə Nəsimi rayonunda, metronun 20 Yanvar stansiyasının yaxınlığında baş verib.

Ziya Bünyadov prospekti ilə hərəkətdə olan “10-VE-337″ dövlət qeydiyyat nişanlı “Mitsubishi” markalı avtomobilin qadın sürücüsü yolun ortasında qəfil əyləci basaraq avtomobili saxlayıb və maşından düşərək digər sürücülərdən onun avtomobilini idarə etmək üçün kömək istəyib. Onun bu davranışına qızının oxuduğu kollecdə öldüyünə dair xəbər alması səbəb olub. Xanım sürücü xəbərin təsirindən özünü itirib. Bu zaman ərazidə xidmət göstərən Yol Patrul Xidmətinin (YPX) 5-ci tağımına məxsus “99-YP-495″ dövlət qeydiyyat nişanlı avtomobildəki əməkdaşlar xanım sürücüyə yardım göstəriblər.

Kiçik çavuş İlkin Məlikov xanımın avtomobilinə əyləşib və baş çavuş Ələsgər Cavadinin idarə etdiyi YPX-yə məxsus avtomobilin müşayiəti ilə qadın sürücünü sözügedən Bakı İdarəetmə və Texnologiya Kollecinə çatdırıb. Onlar əraziyə gəldikdə qızın ölmədiyi məlum olub. Kollecə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları cəlb olunub. Öldüyü bildirilən gənc qız özünə gəlib. Qadın sürücü YPX əməkdaşlarına təşəkkürünü bildirib.

Qeyd edək ki, qız uzun müddətdir epilepsiya xəstəliyindən əziyyət çəkirmiş. (report)

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın