Menu
Geri İrəli

Bakıda zavod partladı – ÖLÜ VƏ YARALI VAR

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Noyabr 2017 • Baxış sayı: 881 dəfə • Şərh yoxdur
Share Button

e949d25a0b72328a98c7ab39489edb90Bu gün Bakının Qaradağ rayonunda baş vermiş partlayışda ölən şəxsin kimliyi müəyyənləşib. Lent.az-ın əldə etdiyi məlumata görə, Lökbatan qəsəbəsi yaxınlığında (qəbiristanlığın kənarında) yerləşən alimunium məhsulları müəssisəsindəki partlayışda ölən şəxsin oranın işçisi Məmmədov Bəhmən Heydər oğlu olması dəqiqləşib. Onun meyiti morqa aparılıb və daha sonra ailəsinə təhvil veriləcək.

Qeyd edək ki, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir və araşdırmalar davam etdirilir.

****

13:14

Bu gün Qaradağ rayonunda baş vermiş partlayış nəticəsində vəfat edən şəxsin meyiti morqa aparılıb. Lent.az xəbər verir ki, Lökbatan qəsəbəsində, qəbiristanlığın yaxınlığında yerləşən və türkiyəli iş adamına məxsus olan aluminium məmulatların qəbulu, çeşidlənməsi və istehsalı müəssisəsindəki partlayışdan sonra əraziyə 2 təcili tibbi yardım briqadası gəlib. Ölən şəxsin meyiti götürülüb. Hazırda onun kimliyi araşdırılır.

İlkin məlumata görə, partlayışa qaz balonu səbəb olub. Qaradağ rayon Prokurorluğunun və polis idarəsinin rəhbər şəxsləri hadisə yerinə gəlib.

*****

12:49

Bakıda zavodda partlayış olub.

APA-nın hadisə yerində olan əməkdaşınıb verdiyi məlumata görə, hadisə bu gün saat 11.00 radələrində paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən, türkiyəli iş adamına məxsus zavodda qeydə alınıb.

Partlayış nəticəsində bir nəfər ölüb, daha bir nəfər xəsarət alıb.

Hazırda hadisə yerində araşdırma aparılır.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın