Menu
Geri İrəli

Bakıdakı qəzada ölən britaniyalı ilə bağlı RƏSMİ AÇIQLAMA

Müəllif: sumqayitxeber.com • Tarix: 24 İyun 2015 • Baxış sayı: 651 dəfə • Şərh yoxdur

97746Bakı 2015 Avropa Oyunlarının mərasimlərini təşkil edən “FiveCurrents” şirkəti dünən 23 iyun tarıxındə Heydər Əliyev prospektində baş verən qəza haqqında bəyanat yayıb.

“Qafqazinfo” xəbər verir ki, “FiveCurrents” dərin kədərlə təsdiq edir ki, Bakının Heydər Əliyev prospektində baş verən yol qəzasında yaradıcı heyətinin bir üzvü dünyasını dəyişib:

“Komandanın həmin üzvü Bakı 2015 Mərasimlərin təşkili şirkəti olan “FiveCurrents”də müqavilə əsasında çalışan Britaniya vətəndaşıdır.

Baş vermiş qəzadan dərhal sonra komandanın digər üç üzvünə də xəstəxanada yardım göstərildi. Daha sonra tibbi müayinə ala bilmələri üçün onlar öz vətənlərinə göndəriləcəklər.

Biz xəsarət alanlara tibbi yardımın və konsulluq xidmətlərinin göstərilməsində böyük köməyi olan Bakı 2015 Təşkilat Komitəsinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və Böyük Britaniyanın Bakıdakı Səfirliyinə öz minnətdarlığımızı bildiririk”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın