Menu
Geri İrəli

Bakının bu kəndində yas mərasimlərində yemək verilməyəcək

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Sentyabr 2017 • Baxış sayı: 267 dəfə • Şərh yoxdur

Sentyabr ayının 1 dən etibarən Bakının Şağan kəndində yas mərasimlərində süfrələrdə israfçılığıa yol verilməməsi barədə ortaq fikrə gəlinib.

Bu barədə BAKU.WS-ə Şağan qəsəbə nümayəndələyindən məlumat verilib.

Qəsəbə nümayəndələyinin rəsmisi Təvəkkül Səlimov bildirdi ki, sakinlər yas mərasimlərində israfçılığın qarşısının alınması məqsədilə atılan addımı müsbət qarşılayıb.

“Bələdiyyə və Qəsəbə nümayəndəliyi ortaq fikrə gəlib ki, 2-3 il əvvəl yas mərasimləri ilə bağlı başladılan maarifləndirmə işləri davam etdirilsin. Qəsəbənin axundu ilə birlikdə sakinlərlə danışıqlar aparıldı və müsbət qarşılandı”, – deyə Təvəkkül Səlimov qeyd etdi.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən də  bildirilib ki, QMİ yas mərasimlərində israfçılığa yol verilməməsinin tərəfdarıdır.

“Biz həmişə tövsiyyə etmişik ki, yas mərasimlərində süfrələr sadə olsun və israfçılıq edilməsin. Lakin QMİ bununla bağlı heç bir qadağa qoymayıb, sadəcə vətəndaşlara tövsiyyə edib”, – deyə QMİ-dən bildirildi.

2014-cü ilin avqust ayında Azərbaycan hökuməti yas mərasimlərində həddən artıq israfçılıqla müşayiət olunan ehsan süfrələri “adət”ini ləğv etməyə qərar vermişdi.

Bununla bağlı xeyli təbliğat işləri aparıldı, hətta bəzi yerlərdə inzibati qaydada qadağalar tətbiq edildi. Ancaq görünən budur ki, yas məclislərində israfçılığın qarşısını almaq səyləri nəticəsiz qalıb. Məlumatlara görə, yalnız Naxçıvanda yerli rəhbərliyin sərt qadağası nəticəsində ehsan süfrələri qənd-çayla məhdudlaşdırılıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın