Menu
Geri İrəli

Bakının girişində post quruldu – maşınlar yoxlanılır

Müəllif: sumqayitxeber.com • Tarix: 12 İyun 2015 • Baxış sayı: 401 dəfə • Şərh yoxdur

JM731k8W5two (1)Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb.

Buna səbəb Sumqayıt və Saray qəsəbəsindən paytaxta bəzi maşınların buraxılmamasıdır.

Belə ki, I Avropa Oyunlarının açılışı ilə əlaqədar Sumqayıt və Saray qəsəbəsinin çıxışında postlar qurulub və avtomobillər yoxlamadan keçdikdən sonra bir-bir buraxılır.

Hadisə şahidlərinin bildirdiyinə görə, dövlət qeydiyyat nişanından asılı olmayaraq bütün şəxsi avtomobillərin paytaxta girişinə qadağa qoyulub.

Hazırda vətəndaşlar yalnız avtobuslar vasitəsi ilə Bakıya gələ bilirlər. /azvison.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın