Menu
Geri İrəli

Bakıya maşınların girişi yenə dayandırılacaq – Diqqət!

Müəllif: sumqayitxeber.com • Tarix: 24 İyun 2015 • Baxış sayı: 343 dəfə • Şərh yoxdur

baqli yolAvropa Oyunlarının bağlanış mərasimində paytaxta avtomobillərin daxil olmasına müəyyən məhdudiyyətlərin tətbiqi nəzərdə tutulub.

Bu barədə “Qafqazinfo”ya Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib. Onun sözlərinə görə, qurum dəfələrlə ictimaiyyətə müraciət edərək bildirib ki, birinci Avropa Oyunlarının keçirildiyi müddətdə Bakıda nəqliyyatın sıxlığının azaldılması və təhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə paytaxt ərazisinə nəqliyyat vasitələrinin daxil olmasına müəyyən məhdudiyyətlər olacaq: “Bundan əlavə, həmin gün paytaxtın müəyyən küçələrində təhlükəsizlik tədbirlərinin görülməsi ilə bağlı müvəqqəti olaraq məhdudiyyətlər tətbiq ediləcək. Paytaxt daxilində bağlanacaq yolların siyahısı barədə yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək. Bağlanış günü hər kəs çalışmalıdır ki, ictimai nəqliyyata üstünlük versin”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın