Menu
Geri İrəli

Bankirlərlə görüşün nəticəsi bilindi – 4%-lik marja ləğv olunur

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Yanvar 2017 • Baxış sayı: 360 dəfə • Şərh yoxdur

elmar-rustemovBu gün Azərbaycan Mərkəzi Bankında bank rəhbərləri ilə görüş keçirilib.

sumqayitxeber.com-un APA-ya istinadən məlumatına görə, AMB rəhbərliyi tam üzən məzənnə rejiminə keçidə hazır olduğunu bankların diqqətinə çatdırıb: “Xırda detallar həllini tapdıqdan sonra tam üzən məzənnə rejiminə keçid tam baş tutacaq”.

Bankirlər isə bildirib ki, tam üzən məzənnə rejiminə keçid baş tutduqdan sonra valyuta hərracının formatı dəyişəcək. O da bildirilir ki, banklar valyuta mübadilə əməliyyatlarının aparılması zamanı müəyyən olunmuş faiz dəhlizi, yəni marja (hazırda -/+4%) ləğv olunacaq. Nəticədə banklar tələb və təklifi nəzərə alaraq valyuta alqı-satqısı zamanı məzənnəni özləri müəyyənləşdirəcək.

Qeyd edək ki, tam üzən məzənnə rejiminə keçidin vaxtı hələlik məlum deyil.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın