Menu
Geri İrəli

Bazar ertəsi qeyri-iş günüdür

Müəllif: sumqayitxeber.com • Tarix: 11 İyun 2015 • Baxış sayı: 385 dəfə • Şərh yoxdur

71634390Xezerxeber.com Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən məlumat verir ki, iyunun 15-i Milli qurtuluş günü olduğundan həmin gün iş olmayacaq.

Qeyd edək ki, iyunun 15-dən başqa, 26-da Silahlı Qüvvələr günü olduğundan həmin gün də qeyri-iş günüdür.

Xatırladaq ki, Azərbaycan 1991-ci ilin oktyabrında müstəqillik əldə edib. Lakin müstəqilliyin ilk illəri siyasi hakimiyyət boşluğu və dövlətin əsaslarının, ordu və dövlət təhlükəsizliyi orqanları da daxil olmaqla, dövlətin bütün təsisatlarının boşluğu ilə əlamətdar idi.

Ermənistanın işğalçılıq niyyəti güdən təcavüzü respublikada vəziyyəti daha da gərginləşdirirdi. 1993-cü ilin yayında Azərbaycanda real vətəndaş müharibəsi təhlükəsi yaranmışdı. Vətənin bu ağır dövründə Heydər Əliyev hakimiyyətə qayıtdı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun bizim tariximizə Milli qurtuluş günü kimi daxil oldu. 1997-ci ilin iyun ayında Milli Məclis ictimaiyyətin rəyi ilə razılaşaraq, həmin günü bayram elan etdi.

1991-ci il oktyabrın 9-da isə Azərbaycan Respublikasının Ali Soveti ordu yaradılması haqqında qanun qəbul etdi. Azərbaycan Prezidentinin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, iyunun 26-sı Silahlı Qüvvələr günü elan edilib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın