Menu
Geri İrəli

Bazar günü yağış, külək, 33 dərəcə isti

Müəllif: sumqayitxeber.com • Tarix: 23 İyul 2016 • Baxış sayı: 864 dəfə • Şərh yoxdur

gunes_hava_2Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu gecə 22-24, gündüz 26-30, Bakıda gecə 22-24, gündüz 27-29 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25, gündüz 28-33, dağlarda gecə 12-16, gündüz 17-22 dərəcə isti olacaq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın