Menu
Geri İrəli

Belə gündə orduya qarayaxma ilə məşğul olmanın tək adı…satılmaq

Müəllif: sumqayitxeber.com • Tarix: 4 May 2016 • Baxış sayı: 362 dəfə • 1 şərh

cebheZaman-zaman Azərbaycanın düşmənləri ölkəmizdə ictimai-siyasi sabitliyi pozmağa, ölkəmiz və ordumuz haqqında daxili və xarici mətbuat, sosial şəbəkələr vasitəsilə yalan və təxribat xarakterli məlumat yaymağa cəhd göstərirlər. Bəzi qondarma “hərbi ekspertlər” və “vətənpərvərlər” də bu işlə uzun müddətdir ki, məqsədyönlü surətdə məşğul olurlar.

Bəli məqsədli, çünki onlara pulu verən, sifariş yollayan belə istəyir. Son vaxtlar bu məsələdə ən çox canfəşanlıq edənlər Cəsur Məmmədov (Sümərinli) və İsa Sadıqov kimilərdir. Ekspert olmaq nə deməkdir? Ekspert – müəyyən sahə üzrə xüsusi biliklərə malik olan, mütəxəssis kimi təhlillər, qiymətləndirmələr apara bilən şəxsdir. Bu şəxs müəyyən sahə üzrə illər boyu topladığı bilik və təcrübəsinə əsaslanmalı və peşəkar olmalıdır. Hərbi ekspert də öz növbəsində hərb tarixini, hərb elmini, onun müasir tendensiyalarını, eləcə də əsgər həyatını yaxından bilən, əsl zabit – komandir yolu keçmiş bir peşəkar olmalıdır. Açıqlamalar verərkən oxuculara hörmətlə yanaşmaq ən əsas şərtlərdən biridir. Özünə hörmət etməsən belə, oxucuna hörmətlə yanaşman şərtdir. Çünki ekspertin yazdığı fikirlər, açıqlamalar bəzən kiminsə taleyini həll edir desək yanılmarıq.

Əgər bu adam zabit kimi (əgər onu zabit adlandırmaq mümkünsə) hərbi xidmətin çətinliklərinə dözə bilməyib qaçıbsa onda bunun adı nədir hamı yaxşı bilir. Bəs “hərbi ekspert” Cəsur Məmmədov Sümərinli kimdir…? Xidmət yerinə təyin edildiyi qısa müddət ərzində hamı onu neqativ tipli, ancaq özünü düşünən, təbiətcə qorxaq, heç kimlə ünsiyyət qurmağı bacarmayan, Vətəni sevmək anlayışından uzaq olan “saçok” kimi tanıyır. Şəxsi intizamsızlığı ilə “şöhrət” tapmışdı və günün nizam qaydalarına riayət etmədiyinə görə həmişə danlanırdı. Bir dəfə isə şəxsi heyətin gündəlik fəaliyyəti ilə məşğul olmaq əvəzinə, yerli kafelərin birində özündən gedənə qədər əyyaşlıq etmiş, “vurmuşdu” və spirtli içkinin təsirindən halsız vəziyyətdə hərbi hissəyə “gətirmişdilər”.

Hərb işindən anlayışı yox idi, silah və texnikanı öyrənmirdi. Cəsur “bəy” poliqona getməkdən boyun qaçırır, hətta silahdan istifadə etməkdən qorxduğundan ona silah da vermirdilər. Bir gün şəxsi heyətə ön xətdəki heyəti dəyişmək tapşırığı verildi. Bunu eşidən və kürkünə birə düşən Cəsur “bəyin” isə qorxudan şalvarının islandığını hamı gördü. Onunla xidmət edən hər kəs bunu təsdiq edə bilər. “Şanlı hərbi yol” keçmiş Cəsur “bəyin” xidməti barədə deyilənlərə etirazı olarsa, onda sözlərini xidmət “yoldaşlarının” gözlərinə baxaraq desin. Düşünürük ki, onun bu etməyə cəsarəti çatmaz. Vətənini “dərindən sevən” digər “vətənpərvər” isə mühacirətdə keflə yaşayan keçmiş hərbçi İsa Sadıqovdur….

Bəs o, kimdir 1993-cü ildən Qazax Qarnizonu Hərbi Prokurorluğu tərəfindən İsa Sadıqov barəsində Azərbaycan CM-nin 255-ci maddəsinin “v” bəndi ilə (vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma və ya istifadə etməmə) cinayət işi başlanmış və istintaq aparılmışdır. 1996-cı ildə İsa Sadıqov 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan CM-nin 244-cü maddəsinin “a” bəndi ilə 3 il azadlıqdan mərhum edilmişdir. 2001-ci ildə Azərbaycanı tərk etmiş və Norveçdə “sığınacaq” almışdır. İndiyə qədər orada yaşayır. 2013-cü ildə Azərbaycan Hərbi prokurorluğu İsa Sadıqovu beynəlxalq axtarışa verib. Sovet dövründə 1985-1986-cı illərdə Xankəndidə (keşmiş Stepanakertdə) xidməti zamanı ermənilərlə işbirliyi və çox isti münasibətləri olub. 1993-cü ildə onun qorxaqlığı nəticəsində tabor döyüşdə başsız qaldı, sonra isə müxalif qüvvələrlə birlikdə dövlət çevrilişi təşkilatçılarından bir kimi fəaliyyət göstərdi. Bu işdə də bacarıqsız çıxan Sadıqov çətinə düşəndə “OMON”çulardan kömək istədi. Xasiyyətcə qorxaq və qətiyyətsiz adamdır. İndi isə illər keçdikdən sonra bu “qəhrəman” hər şeyin unudulduğunu zənn edərək, özünü ədalətli və düzgün adam kimi ictimaiyyətə sırımağa çalışaraq ölkəmizi, ordumuzu ləkələməklə hörmətdən salmaq istiqamətində durmadan çalışır.

Belə həyat tarixçəsi olan şəxsin Vətən qayğısına qalması da çox şübhəlidir. Tutduğu vəzifələrdə dəfələrlə necə “dərin biliklərə” malik olduğunu “sübut” edib. İndi düşünün ki, belə adamların özünü hərbi ekspert, yaxud “vətənsevər” adlandırması nə qədər düzgündür? Buna onların mənəvi haqları varmı?. Özünü hərbi ekspert adlandıran C.Sümərinli görəsən hərb işini nə qədər dərindən bilir ki, özünü xüsusda təqdim edir. Mülki universitetdən (Bakı Sosial İdarəetmə və Politologiya İnstitutu) məzun olmuş və qısa zamanda hərbi xidmətdə olub. Həm də ki, çətinlikdən yayınmaq üçün yalvarışlarla xidmət etmiş adamın özünü hərbi mütəxəssis kimi təqdim etməsi nə dərəcədə doğru sayıla bilər? Cinayət əməlləri ilə tanınmış və mühakimə edilmiş İsa Sadıqov cənablarının da həmçinin özünü vətən dərdi çəkən olması da şübhə doğurur. Əgər xarici qrantlar hesabına keçdiyi bir neçə kurs, törətdikləri cinayət əməlləri, hər mövzuda, hər kəs haqqında ağzına gələni danışmağa onlara haqq verdiyini düşünürlərsə, çox təəssüf. Çünki onların fəaliyyətinin ekspertliklə, vətənsevərliklə heç bir əlaqəsi yoxdur. Onların açıqlamalarında qərəzçilik, sifariş və düşmən dəyirmanına su tökmək, düşmən təbliğatına kömək etmək amilləri gün kimi açıq-aydın sezilir. Bunun isə bircə adı var: xalqını, vətənini satmaq.

Son hadisələr kontekstində, yəni aprel ayında baş verənlərlə bağlı, həmin şəxslərin “fəaliyyəti” bu fikirləri deməyə tam əsas verir. Aprel ayında ordumuz tərəfindən keçirilmiş əməliyyatlar uğurla nəticələnmişdir. Bu uğur Azərbaycan xalqının və ordusunun birliyinin təcəssümüdür. Hər bir azərbaycanlı bu qələbə ilə fəxr edir, öyünür. Lakin bu zəfərin nəticəsini yuxarıda “xidmətlərini” sadaladığımız şəxslər, düşmən dəyirmanına su tökməklə, hər vasitə ilə yalan, qeyri-rəsmi məlumatlar yaymaqla heçə endirməyə çalışırlar, cəhd göstərirlər. Lakin buna nail olmayacaqlar. Çünki xalq-ordu birliyi, bu qələbədən doğan azərbaycançılıq həmrəyliyi buna yol verməyəcək. Ordumuz bu uğurlarla xalqımızı sevindirdi və özünə dərin bir sevgi qazandı.

Ehtiyatda olan mayor, 1-ci Qarabağ müharibəsi əlili, veteran Zahid Niftəliyev

Facebook Şərhləndirmə:

“Belə gündə orduya qarayaxma ilə məşğul olmanın tək adı…satılmaq” yazısına bir cavab

  1. Eldar eldayaq, ehtiyatda olan herbici deyir:

    Cox duz deyilir, bele bir vaxtda her kes orduya arxa durmalidir, eger bunu etmirse hec olmasa pisine danismasin. muharibe qutarsin, torpaqlar azad edilsin sonra istenilen meseleni muzakire edib tenqid ederik, ve daha boyuk ugurlar elde etmek ucun neler lazimdir o barede meslehetleserik her kesle

Şərhinizi yazın