Menu
Geri İrəli

Belə sudan zəhərlənmək olar? – Girişi qadağan olunan “Təmiz su anbarı”ndan reportaj

Müəllif: sumqayitxeber.com • Tarix: 17 İyun 2017 • Baxış sayı: 294 dəfə • Şərh yoxdur

1497684514-9349On gün bundan əvvəl Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsində uşaqlar arasında baş verən kütləvi zəhərlənmə hadisəsi ölkənin əsas gündəminə çevrilib. Qoyulan diaqnoza əsasən zəhərlənmə səbəbinin  sudan qaynaqlanan Rotavirus xəstəliyi olması əhalinin narahatlığına səbəb olub.

Bundan əlavə, mütəxəssislərin “krandan su içməyin”, “ərzaqları, meyvələri qaynamamış su ilə yumayın” kimi həyəcanlı cümlələri narahatlığımızı birə-beş artırıb.

“Qafqazinfo” olaraq biz də yayılan həyəcan dolu xəbərlərə aydınlıq gətirmək üçün Bakını və ətraf qəsəbələri suyla təmin edən Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksində olduq. Burada abonentlərə verilən suyun ilkin emal prosesindən son ana qədər keçdiyi bütün mərhələləri lentə aldıq. İlk dəfə olaraq girişi qadağan olsa da son proses olaraq istehlakçılara  ötürülən “Təmiz su anbarı”na da daxil olduq.

Qeyd edə bilərik ki, içdiyimiz suyun emal prosesi insan əli dəymədən avtomatlaşdırılmış online sistem vasitəsilə idarə olunur. Emal prosesinin hər hansı mərhələsində problem aşkarlandığı halda yenə də  sistem vasitəsilə  məsələ öz həllini  tapır.

“Qafqazinfo” Ceyranbatan su təchizatı kompleksindən hazırladığı videosüjeti təqdim edir:

Günel Türksoy

Video: Kamil Əmirli

Facebook Şərhləndirmə:

Şərhinizi yazın