Menu
Geri İrəli

Bələdiyyə sədri ilə ərini öldürənə – Ömürlük həbs verildi

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Oktyabr 2016 • Baxış sayı: 267 dəfə • 1 şərh

96619

Bakı Ağır Cinayətlər Məhkəməsində Saray qəsəbəsi bələdiyyəsinin sədri Vəsilə Əbilhəsənovanı və onun həyat yoldaşı Vəfadar Əbilhəsənovu öldürməkdə təqsirləndirilən Fədai Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Musavat.com-un məhkəmə prosesində iştirak edən müxbifi xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqdirləndirilən şəxsin vəkili müdafiə çııxşı edib.
Vəkili bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxs qətli xüsusi amansızlıqla törətməyib.
“Fədainin ilk olaraq evə daxil olarkən qətl törətmək niyyəti olmayıb. Evə gəlməkdə məqsədi ondan pul istəyən şəxslərlə aralarında yaranan problemi həll etmək istəyib, niyyəti Vəsiləni öldürmək olmayıb. Sadəcə aralarında sonradan mübahisə yaranıb. Həmçinin Fədai Vəsiləni 10 yaşlı Fidanın gözü qarşısında qətlə yetirməyib. Tərəflər arasında mübahisə olarkən Vəsilə uşağı otaqdan çıxarıb. Qətl hadisəsi də bundan sonra baş verib. Bunu nəzərə almağınızı xahiş edirəm”.
Vəkil həmçinin qeyd edib ki, müvəkkili qətli tamah məqsədi ilə də törətməyib: “Fədai Hüseynov tamah məqsədi ilə nə evə gəlib, nə də qətli törədib. Məhkəmədə dindirilən 38 şahidin əksəriyyəti bildirdilər ki, torpaq almaq üçün pulu məhz Vəsilə xanıma veriblər. Pulu verən şəxslər də Fədainin üstünə gəldiyi üçün tərəflər arasında narazılıq yaranıb”.
Təqdirləndirilən şəxsin vəkili onu da əlavə edib ki, Fədai Hüsetnov bələdiyyə sədrinin həyat yoldaşını öldürmək niyyətində də olmayıb: “Müvəkkilim məhkəmədə də qeyd etdi ki, Vəfadar Əbilhəsənovanı öldürmək niyyətində olmayıb. Vəsiləni vurduqdan sonra özünü itirib və qarşısına çıxan Vəfadarı da vurub. Vəfadarı vurduğundan peşmandır. Ailəsindən də üzr istədi. Bunları nəzərə almağınızı xahiş edirəm”.
Hakim son sözünü demək üçün Fədai Hüseyniva müraciət edib. F.Hüseynov “Allah razı olsun” deməklə vəkilinin dedikləri ilə razılaşdığını söyləyib.
Məhkəmə heyyəti müşavirəyə yollanıb.
Müşavirədən qayıdan məhkəmə heyyəti hökmü elan edib.
Prokurorun ötən prosesdə ömürlük cəza istədiyi Fədai Hüseynov ömürlük azadlıqdan məhrum edilib.
Xatırladaq ki, ötən il iyunun 8-də Saray bələdiyyəsinin sədri Vəsilə Əbilhəsənova və həyat yoldaşı Vəfadar Əbilhəsənov amansızlıqla qətlə yetirilib.  Gecə saatlarında bələdiyyə sədrinin evinə gələn Fədai Hüseynov uşaqlarının gözü qarşısında bələdiyyə sədrinin boğazını kəsib, ona çoxsaylı bıçaq zərbələri endirib. Ərini isə odlu silahla ürəyindən vuraraq, qətlə yetirib. Hadisənin şəxsi münaqişə zamanı qeydə alındığı, mübahisənin isə torpaq üstündə olduğu bildirilib.
Qeyd edək ki, qətli törədən 35 yaşlı Fədai Hüseynov Vəsilə Əbilhəsənovanın sürücüsü olub.
İ.Muradov,
Musavat.com
Facebook Şərhləndirmə:

“Bələdiyyə sədri ilə ərini öldürənə – Ömürlük həbs verildi” yazısına bir cavab

  1. Solmaz Cahangirova deyir:

    Lap yaxşı oldu, öl, it oğlu it.İki körpəni başsız qoydun,öldürüb arxasınca hər böhtanı dedin,erməni səndən amanlıdır,balaların başsız qalsın,

Şərhinizi yazın