Menu
Geri İrəli

Bərdədə qanlı CİNAYƏT: qısqanc ər həyat yoldaşını baltaladı

Müəllif: sumqayitxeber.com • Tarix: 23 İyun 2016 • Baxış sayı: 353 dəfə • Şərh yoxdur

2d11c30a83c574cb5fdee08e08ca82f3Bərdə rayonunda qətl hadisəsi baş verib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, rayonun Qaratapə kənd sakini Səbuhi Həsənov həyat yoldaşı, 1984-cü il təvəllüdlü Günel Həsənovanı baltalayaraq öldürüb.

Bərdə rayon Polis Şöbəsindən bildirilib ki, hadisə gecə saat 04:00 radələrində qeydə alınıb. Qətlin qısqanclıq zəminində baş verdiyi bildirilir.

Şübhəli şəxs qismində saxlanılan S. Həsənov həyat yoldaşını öldürdüyünü etiraf edib. Üç uşaq anası olan qadının meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsində müayinə olunduqdan sonra yaxınlarına təhvil veriləcək.

Faktla bağlı Bərdə rayon Prokurorluğunda araşdırma aparılır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın