Menu
Geri İrəli

Beynəlxalq konvensiyalar terrorçu Ermənistana qarşı

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Noyabr 2017 • Baxış sayı: 71 dəfə • Şərh yoxdur
Share Button

elmar xelilov“Terrorçu qruplaşma” və “terrorçu dövlət” anlayışları var. Ermənistan BMT-nin üzvü olan terrorçu dövlətdir. Düzdür, o, dövlət adını qonsuların, xüsusəndə Azərbaycanın torpaqlarını qismən əldə etməklə almışdır. Ermənistan ərazisinin 82 faizi Azərbaycan torpaqları olmuşdur. Bu torpaqlar 1828-ci il Türkmənçay müqaviləsindən sonra Azərbaycandan hissə-hissə alınaraq ermənilərə verilmişdir.
20-ci əsrin sonlarından başlayaraq,Xankəndi və azərbaycanın digər yaşayış məntəqələrindən 1 milyondan çox azərbaycanlının kütləvi surətdə öz doğma yurdlarından məcburu qovulması və minlərlə insanın qətlə yetirilməsinə şərait yaradan, erməni quldur dəstələrini zəruri vəsaitlərlə təmin edən S.Sarksyan azərbaycanlılara qarşı kütləvi terror aksiyalarını Ermənistanda dövlət səviyyəsində davam etdirir. Cəbrayılın, Zəngilanın, Füzulinin işğalanı erməni qudurları R.Köçəryan, S.Babayan, S.Sarkisyan, A.Qukasyan təşkil etmişlər. Lakin minlərlə insanın qətlində iştirak edən S.Sarksyanın Ermənistan prezidenti olması Beynəlxalq məhkəməni narahat etmir. Azərbaycanın ərazi torpaqları olan Dağlıq Qarabağ Ermənistan tərəfindən işğal edildikdən sonra orada narkotik maddələr istehsal edilir, ondan gələn gəlir terrorçu təşkilatları maliyyələşdirir. 1996-cı ildə “Dro” adlı terrorçu təşkilatda fəaliyyətinə görə həbs edilən V.Oqanesyan R.Köçəryanın təşəbbüsü ilə həbsdən azad edilərək Ermənistan prezidentinin müşaviri oldu. Bakı metrosunun “20 Yanvar”, “28 May”, “Gənclik”, “Ulduz”, “N.Nərimanov” stasiyalarında törədilən partlayışlarda fəal iştirak edən Ermənistan terrorçu təşkilatı “ASALA” terrorçularından Davidyan, Melkonyan Köçəryan tərəfindən Qarabağda səhra komandirləri vəzifəsinə təyin edildilər. 1990-cı il iyulun 11-də Tərtərdən Kəlbəcərə sərnişin aparan avtobus və xalq təsərrüfatı malları daşıyan maşın karvanına qarşı terror aksiyası keçirmiş, dinc sakinləri qətlə yetirmiş Ayriyan Arkadi Abramoviç və Babayan Samverl həbs edilsə də, 1992-ci ilin iyulunda SşBabayan azərbaycanlı girov və əsirlərlə dəyişdirilmiş, 1993-1999-cu illərdə qondarma DQR-nın müdafiə naziri olmuşdur.
Öz iyrənc xülyalarını həyata keçirmək üçün terrordan istifadə edən ermənilər terror təşkilatı yaratmaq məqsədilə hər cür cildə girməyə hazırdılar. 1885-ci ildə Fransada ermənilərin yaratdıqları “Amerikan” terror təşkilatının törətdiyi cinayətlər türkiyənin bir neçə Şərq vilayətlərini əhatə etdi. 1887-ci ildə Cenevrədə Avetist Nazarbekyan və digər şovinist ermənilər tərəfindən“Hinşaq” (Zəng), 1890-cı ildə Tiflisdə “Daşnaksütyun” partiyaları yaradıldı. Məqsədləri ermənilərdə türklərə qarşı nifrət oyatmaq, onları üsyana təhrik etmək olan bu partiyalar əslində terrorçu təşkilatlar idi. Türklərə qarşı kütləvi qanlı qırğınlar törədən “Daşnasütyun” və ya “Erməni inqilabı” cəmiyyətinin federasiyası Qafqazda X.Mikaelyan, S.Zavaryan, Rostom və b. tərəfindən təşkil olundu, məqsədi dənizdən-dənizə Adanadan-Trabzona və Bakıya qədər “Böyük Ermənistan” yaratmaq idi. “Daşnaksütyun” həm Türkiyə, həm də Rusiya ərazisində fəaliyyət göstərirdi. 1975-ci ildə Beyrutda Akopyan tərəfindən yaradılan Ermənistanı azad etmək üçün gizli ordu-“ASALA”, “Erməni inqilabı ordusu”, “Erməni genosidi”nə görə ədalət komandosu və başqa terrorçu təşkilatlar 1975-ci ildən başlayaraq 50-dən çox Türkiyə vətəndaşını, xüsusən də, səfirləri, diplomatları, onların qohumlarını qətlə yetirmişlər.
Ermənilər siyasi rejimin dəyişməsi ilə əlaqədar müxtəlif ad altında öz terror niyyətlərini həyata keçirmişlər. Ermənilərin xəyanətkar xislətindən Rusiya, Avropa ölkələri tarixən Cənubi Qafqazda möhkəmlənmək, Türkiyəni zəiflətmək üçün istifadə etmişlər.
Hələ XVIII əsrin əvvəllərində Rusiya çarı I pyotr Şərq siyasətini həyata keçirməkdə ermənilərə ümidlə baxmış, Qafqaz ekspedisiyasının tərkibinə erməni bələdçiləri götürmüşdür. Türkmənçay müqaviləsinə əsasən İrandan, Türkiyədən XIX əsrin axırlarına qədər 1 milyon 300 mindən çox erməninin Cənubi Qafqaza, xüsusən də, Azərbaycana köçürülməsi çarizmin məkrli siyasəti ilə bağlı idi. Çar Rusiyası 1905-1907-ci illərdə Cənubi Qafqazda inqilabi hərəkatın qarşısını almaq məqsədilə erməni-müsəlman qırğını təşkil etdi. Ermənilər Bakıda, Naxçıvanda, İrəvanda, Gəncədə, Zəngilanda, Şuşa və digər yerlərdə azərbaycanlılara qarşı kütləvi qırğınlar törətdilər. Bu illərdə ermənilərə qarşı azərbaycanlıların “Difai”, “Müdafiə”, “Qeyrət”, kimi hərbi-siyasi təşkilatları yaradıldı və nəticədə ermənilər torpaqlarımızı işğal edə bilmədilər.
1918-1921-ci illərdə erməni terrorçuları azərbaycanlılara qarşı növbəti kütləvi qırğınlar törətdi. Qatı millətçi, türk düşməni olan S.Şaumyan kommunizm ideyalarını yaymaq pərdəsi altında 1918-ci ilin mart-aprel aylarında Bakıda, Şamaxıda, Qubada, Göyçayda, Ağsuda, Zəngəzurda, Vedidə, Kürdəmirdə azərbaycanlıların soyqırımını təşkil etdi.
Ermənilər yalnız Azərbaycana qarşı deyil, Türkiyəyə, Gürcüstana qarşı da ərazi iddiaları qaldırırlar. Türkiyəyə “erməni genosidi”ni etiraf etdirməklə onun ərazisində erməni dövləti yaratmaq, bu dövlətlə Ermənistanı birləşdirmək ona Naxçıvan, Axalkalaki, Dağlıq Qarabağı daxil etməyi xəyal edirlər. I dünya müharibəsi illərində Türkiyəyə qarşı mübarizədə Rusiya yenə erməni xəyanətindən bəhrələndi. Antanta dövlətlərinin xeyrinə cəsusluq edən ermənilər ələ keçirdikləri yerlərdə erməni hakimiyyəti qurmağa cəhd edirdilər. Rus ordusu Vanaça da öndə gedən ermnəilər 2 gün ərzində yerli müsəlmanların kütləvi qırğınını təşkil etdilər. Erməni quldurları təkcə Malazgirən bölgəsində 53 kəndin 20 min əhalisinin əksəriyyətini qırdı. Muş süqut edərkən qana susamış ermənilər şəhərin ətrafını dolanaraq hər bir müsəlmanı vəhşicəsinə işgəncələrlə qətlə yetirdi.
Ermənilər yalnız Türkiyənin Şərq vilayətlərinə deyil, Gürcüstana da ərazi iddiaları edirlər. Erməni yazıçıları, Xudabaşev “Ermənistanın icmalı”, Yeritsov “Qafqazın uzaq keçmişi” kitablarında Kürün yuxarı axarının və bütün Çorox hövzəsinin “Böyük Ermənistanın” tərkibinə daxil olduğuna “sübut edirlər”. Ermənilər fantastik “Böyük Ermənistan” xəritəsini əllərində gəzdirərək iştirak etdikləri beynəlxalq konfranslarda öz iddialarını irəli sürür, Borçalını, Tiflisi, Qorini də “Böyük Ermənistan”ın bir hissəsi hesab edirlər. Təsadüfi deyil ki, 1918-ci ilin dekabrında ermənilər Gürcüstanın tərkibində olan Borçalı və Axalkalaki mahallarını Ermənistana birləşdirmək üçün Gürcüstana qarşı müharibə etdilər.
Türkə düşmənçiliyin genlərində olduğunu sübut edən ermənilər 1988-ci ildən Azərbaycana növbəti dəfə torpaq iddiaları qaldırdılar. Terrorçu Ermənistanın nəticəsində 20000 insan şəhid oldu, 5000 əlil oldu, 100000 insan yaralandı, 1 milyondan çox qaçqın və köçkün düşdü, 4861 nəfər girov götürüldü.
Bu göstərilənlərin hamısını ermənilər Azərbaycan ərazisində və kənarlarda azərbaycanlılara Türkiyədə və digər ölkələrdə yaşayan türklərə qarşı dəfələrlə tətbiq ediblər və etməkdədirlər. Ancaq terrorçu Ermənistan hələ də cəzasız, sakit, dindirilməmiş qalmışdır.
ABŞ 11 sentyabr hadisələrindən sonra antiterror koalisiya yaratdı, Əfqanıstanda terror qruplaşması ilə əlaqəli olmaqla günahlandırdığı İraqa hücum etdi, Səddam Hüseyni,Livanda Muammar Kaddafini,Misirdə Hüsnü Mübarək hakimiyyətlərini devirdi. Ancaq hələ də terrorun əsas mənbələrindən biri olan Ermənistan tərksilah edilməmiş, təhlükəli terrorçu, cani Serj Sarkisyan höküməti devrilməmişdir.
BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli konvensiyasına görə insanların kütləvi surətdə məhv edilməsi, deportasiyası, şikəst edilməsi, cəza aksiyalarının keçirilməsi, insanlara ciddi bədən xəsarəti və ya zehni pozğunluq yetirmək milli-etnik qrupun qəsdən təmamilə və ya qismən fiziki məhv edilməsini nəzərdə tutan şəraitin yaradılması, uşaq artımının qarşısını almağı nəzərdə tutan tədbirlər soyqırımı sayılmalıdır. Ermənistanın azərbaycanlılara qarşı törətdiyi cinayətlərin hüquqi mühakiməsini həyata keçirmək məqsədilə Beynəlxalq Hərbi Tribunal yaradılmalıdır. Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin nəşr etdirdiyi “Erməni cinayətləri” (sənədlər əsasında) kitabı erməni vəhşiliyini, terrorçu Ermənistanın öz iyrənc xülyalarını, Azərbaycan xalqına, türklərə və bütövlükdə bəşəriyyətə qarşı cinayətlər zəminində həyata keçirdiyini tam aydınlığı ilə göstərir. Ermənistanın azərbaycanlılara qarşı etdikləri vəhşiliklər “genosid” anlayışında nəzərdə tutulduğundan qat-qat çoxdur və Ermənistan həyata keçirdiyi soyqırımlarda cəzasız qaldığı üçün bu cinayətləri tarixən təkrarlamaqdadır. BMT-nin müxtəlif vaxtlarda qəbul etdiyi 4 qətnamə ilə yanaşı, beynəlxalq konvensiyalar – 1949-cu il Cenevrə konvensiyası, 1954-cü il Silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması haqqında Haaqa konvensiyası, 1971-ci il Mülki aviasiyanın təhlükəsizliyinə qarşı yönəldilmiş qeyri-qanuni aktlarla mübarizə konvensiyası, 1973-cü il Diplomatlara qarşı cinayətlərin qarşısını alınması və cəzalandırılması haqqında konvensiya, 1979-cu il insanların girov götürülməsi ilə mübarizə haqqında beynəlxalq konvensiya və digər konvensiyalar Ermənistanın azərbaycanlılara qarşı törətdiyi cinayətlərə tətbiq edilməli, qanunun aliliyini təmin etmək məqsədilə azərbaycanlıların soyqırımı, hərbi cinayətlərə, ümumilikdə bəşəriyyətə qarşı cinayətlərə baxmaq üçün Beynəlxalq Hərbi Tribunal yaradılmalıdır.
Elmar Xəlilov
Sumqayıt Dövlət Universitetinin dosenti,
tarix üzrə fəlsəfə doktoru.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın