Menu
Geri İrəli

Sürücülərin diqqətinə: bu yol 2 gün bağlı olacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Sentyabr 2017 • Baxış sayı: 189 dəfə • Şərh yoxdur
Share Button

soseYearltı kommunikasiya xətlərinin dəyişdirilməsi ilə əlaqədar olaraq sentyabr ayının 12-dən 13-nə keçən gecədən etibarən Binəqədi şosesində 2 gün ərzində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq dayandırılacaq.
“Azəravtoyol” ASC-dən sumqayitxeber.com-a verilən məlumata görə, məhdudiyyət Binəqədi-Biləcəri yolu (4-cü qapı küç.) ilə kəsişməsindən Biləcəri-Baksol yolunun kəsişməsinədək olan hissəsində tətbiq ediləcək.
Göstərilən müddət ərzində sürücülər alternativ olaraq Biləcəri-Baksol, Binəqədi-Biləcəri (4-cü qapı küç.), Xırdalan-Binəqədi-Balaxanı, Binəqədi-Mehdiabad avtomobil yollarından, həmçinin Binəqədi və Biləcərəri qəsəbələrinin daxili yollarından istifadə edə bilərlər.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın